RU

Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq

"Çelsi" ilə oyunda zədələnən yarımmüdafiəçimiz Kadi Borges oyundan dərhal sonra klubumuzun tərəfdaşı olan "Liv Bona Dea Hospital"da müayinədən keçib.

BAKU.WS xəbər verir ki, bu barədə komanda məlumat yayıb.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Избранный
5
1
far.az

2Источники