RU

"Qədir Xum"dakı quşlarla bağlı tədbir görüldü

Hacıqabul rayonuda "Qədir Xum" ailəvi istirahət mərkəzində vəhşi quşlar daşınaraq aidiyyəti üzrə təhvil verilib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində vəhşi heyvan və quşların saxlanılması, nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonunda ailəvi istirahət mərkəzində epizootoloji komissiyanın üzvləri ilə birgə monitorinq keçirilib.

Monitorinq zamanı "Zoonoz xəstəliklərin başvermə riskinin aradan qaldırılması üçün baytarlıq nəzarətinin gücləndirilməsi haqqında" müvafiq Qərara uyğun olaraq, vəhşi quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və istirahət mərkəzindən daşınaraq aidiyyəti üzrə təhvil verilib. İstirahət mərkəzinin ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülüb.

Избранный
8
6
far.az

9Источники