RU

Çexiya hökuməti istefa verməyə hazırlaşır

Ajans.az xəbər verir ki,bu barədə Deník N xəbər portalı məlumat yayıb. Məlumata görə, Nazirlər Kabineti bu səhər toplanacaq və iclasda hökumətin istefası məsələsi müzakirə olunacaq. Yerli KİV-in yazdığına görə, istefa bu gün baş tuta bilər. Çexiya qanunvericiliyinə əsasən, hökumətin istefası rəsmi olaraq Prezident tərəfindən qəbul olunur. Mövcud təcrübəyə görə, dövlət başçısı Baş nazirə və nazirlərə yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrini icra etməyi tapşırır. Xatırladaq ki, Çexiyada Deputatlar Palatasına seçkilər 3–4 oktyabr tarixlərində keçirilib. Seçkilərdə ən böyük uğuru müxalifət qüvvələri — ANO (Narazı Vətəndaşların Hərəkatı), Azadlıq və Birbaşa Demokratiya (SPD) və Avtomobilçilər hərəkatları əldə ediblər. 3 noyabrda bu partiyalar koalisiya hökuməti qurmaq barədə razılığa gəliblər. ANO lideri, keçmiş Baş nazir Andrey Babiş yeni hökumət başçısı postuna əsas namizəd hesab olunur. Noyabrın 5-də SPD sədri Tomio Okamura Deputatlar Palatasının spikeri seçilib. Andrey Babişin sözlərinə görə, 200 deputatdan 108-nin dəstəyinə malik yeni hökumət dekabrın ortalarına qədər fəaliyyətə başlayacaq.

 

Избранный
38
Ajans.az

1Источники