RU

Bu ilin 9 ayında Bakı-Tbilisi-Ceyhanla nəql olunmuş neftin həcmi məlum olub

Bakı. Trend:

2025-ci ilin ilk 3 rübü ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməriilə təqribən 159 milyon barrel (19 milyon ton) xam neft ixracolunub.

Trend bu barədəbp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-ci ilin eyni dövründə həmin göstəricitəxminən 165 milyon barrel (22 milyon ton) təşkil edib edib ki, buda illik ifadədə 3,6 faiz azalma anlamına gəlir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyunayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadəkbu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Qeyd edək ki, “BTC Ko.”nun səhmdarları aşağıdagöstərilənlərdir:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni(5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%),EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

Məqalədə:
Избранный
26
1
az.trend.az

10Источники