RU

Azəri-Çıraq-Günəşlidə hasilat düşüb – Quyuların sayı açıqlandı

2025-ci ilin ilk üç rübü üzrə Azəri-Çıraq-Günəşlidə (AÇG hasilat ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. 2024-cü ilin yanvar–sentyabr aylarında gündə orta hesabla 339 min barel (ümumilikdə 93 milyon barel, yaxud 13 milyon ton) neft hasil olunmuşdusa, 2025-ci ilin eyni dövründə bu göstərici 327 min barel (ümumilikdə 89 milyon barel, yaxud 12 milyon ton) təşkil edib.

Bu barədə Banker.az “BP Azərbaycan” şirkətinin hesabatına istinadən xəbər verir.

Platformalar üzrə müqayisəyə baxdıqda, 2025-ci ildə Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarında hasilat həcmlərinin azaldığı görünür.

Gündəlik hasilat  orta hesabla 327 000 barel olub ki, bu da öncəki rüblə müqayisədə sabit qalsa da, 2024-cü ilin eyni dövründəki 339 000 bareldən aşağıdır. Ümumilikdə hesabat müddətində təxminən 89 milyon barel, yəni 12 milyon ton xam neft hasil olub.

Əvəzində ACE platformasından hasilat əhəmiyyətli dərəcədə artaraq 6,5 min bareldən 24 min barelə yüksəlib. Lakin ACE-dəki artım digər platformalarda baş verən azalmanı kompensasiya etməyə kifayət etməyib.

Bununla yanaşı, istismarda olan quyuların sayı da azalıb. 2024-cü ilin sonunda 147 hasilat quyusu mövcud idisə, 2025-ci ilin üçüncü rübünün sonunda bu say 145-ə düşüb. Əvəzində qaz injektor quyularının sayı artaraq 8-dən 10-a yüksəlib.

Səmt qazı təhvili isə artıb – ötən ilin eyni dövründə gündə 6,5 milyon kubmetr səmt qazı verilirdisə, 2025-ci ildə bu göstərici 8 milyon kubmetrə çatıb. Bu da ümumilikdə 1,8 milyard kubmetrdən 2,1 milyard kubmetrə yüksəliş deməkdir.

“Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsində iştirak payları aşağıdakı kimidir:

bp – 30,37% SOCAR – 31,65% MOL – 9,57% İNPEKS – 9,31% ExxonMobil – 6,79% TPAO – 5,73% ITOCHU – 3,65% ONGC Videsh – 2,92%
Избранный
29
banker.az

1Источники