RU

Murad Musayev Rusiyada ən yaxşı seçildi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Ötən ayın ən yaxşısı adına "Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev layiq görülüb.  Onun komandası oktyabr ayında çıxdığı 3 matçın hər birində qələbə qazanıb. Hazırda "Krasnodar" Premyer Liqanın turnir cədvəlində 32 xalla liderdir. 

Qeyd edək ki, "Krasnodar" Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olub.

Xatırladaq ki, mütəxəssis 2021-24-cü illərdə “Sabah”a baş məşqçilik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
2
qol.az

3Источники