RU

Avropa İttifaqı ruslar üçün viza qaydalarını sərtləşdirməyə hazırlaşır

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Rusların Şengen zonasına çoxdəfəli giriş icazələrinin verilməsini dayandırılacaq

Avropa İttifaqı (Aİ) bu həftə ruslara çoxdəfəli Şengen vizalarının verilməsini dayandıra bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” adı açıqlanmayan Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, "Aİ Rusiya vətəndaşları üçün viza qaydalarını daha da sərtləşdirməyə hazırlaşır və əksər hallarda Şengen zonasına çoxdəfəli giriş icazələrinin verilməsini dayandırır".

Bildirilib ki, bu o deməkdir ki, ruslar ümumiyyətlə yalnız birdəfəlik giriş vizaları alacaqlar. İstisnalara humanitar mülahizələr və Aİ vətəndaşlığı daxildir. Yeni qaydaların bu həftə qəbul edilməsi və tətbiqi gözlənilir.

Eyni zamanda, “Politico” qeyd edir ki, viza verilməsi milli məsuliyyət olaraq qalır, buna görə də Avropa Komissiyası rus turistlərinə tam giriş qadağası tətbiq edə bilməz, lakin bu, prosesi çətinləşdirə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
ayna.az

1Источники