RU

İsrail Misirlə sərhədi qapalı hərbi zona elan edib

BAKI, 6 noyabr. TELEQRAF

İsrailin müdafiə naziri İsrael Kats orduya silah qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün Misirlə sərhəddəki bölgəni qapalı hərbi zonaya çevirməyi tapşırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Pilotsuz uçuş aparatları vasitəsilə silah qaçaqmalçılığı Qəzza müharibəsinin bir hissəsidir və düşmənlərimizin silahlanmasına yönəlib, buna son qoymaq üçün bütün tədbirlər görülməlidir. Bu gün biz qaçaqmalçılıqda iştirak edənlərə müharibə elan edirik və qadağan olunmuş zonaya daxil olan hər kəs vurulacaq", - o qeyd edib.

Избранный
83
2
teleqraf.com

3Источники