RU

Azərbaycan Mərkəzi Bankı "AFB Bank"ı və onun vəzifəli şəxsini cərimə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "AFB Bank" ASC-ni və onun vəzifəli şəxsini cərimə edib.

Bu barədə AMB xəbər verir.

Qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən "AFB Bank" 50 min manat, onun vəzifəli şəxsi isə 10 min manat cərimə edilib.

Избранный
16
1
banco.az

4Источники