RU

İş görüşməsinə getməzdən əvvəl bunları bilməlisiniz

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İş görüşmələri hər kəs üçün gərgin keçən bir prosesdir. İşə qəbul olunub-olunmayacağını bilmədən gözləmək və özünü ən yaxşı şəkildə təqdim etməyə çalışmaq adətən insanalrı narahat edir.

Milli.Az xəbər verir ki, bu mərhələdə bəzi praktik məlumatlardan istifadə etməklə işə qəbul şansını artırmaq mümkündür.

İş görüşməsinə getməzdən əvvəl aşağıdakı tövsiyələrdən istifadə edə bilərsiniz:

Hazırlıqlı gedin

İş görüşməsinə getməzdən əvvəl şirkət haqqında araşdırma aparmaq və məlumatlı şəkildə görüşə qatılmaq sizin ciddiliyinizi göstərir. Şirkətin fəaliyyət sahəsi, vizyonu, missiyası və layihələri barədə məlumatlı olmaq həm bu işi istədiyinizi, həm də məsuliyyətli olduğunuzu göstərir.

İlk təəssürata diqqət edin

İlk təəssürat iş görüşmələrində çox önəmlidir. Geyiminiz, bədən diliniz və səs tonunuz sizin şəxsiyyətiniz haqqında məlumat verir. Daha rəsmi və səliqəli geyim seçmək, göz təması qurmaqdan çəkinməmək və pozitiv enerji ilə yanaşmaq üstünlük qazandırar.

Özünüzü təqdim etməyə hazır olun

Görüş zamanı namizədin özünü təbii və təsirli şəkildə tanıtması onun şəxsiyyət gücünü göstərir. "Özünüzdən danışın" sualına qısa, aydın və özünəinamlı cavab verin. Təhsilinizi, təcrübənizi və güclü tərəflərinizi qeyd edin, lakin əzbərlənmiş kimi təsir bağışlamayın.

Konkret nümunələrdən istifadə edin

İşəgötürənlər namizədin real nəticələr göstərməsinə önəm verirlər. Əvvəlki iş yerlərinizdə etdiyiniz uğurlardan danışarkən, statistik nəticələr və faktlardan istifadə etmək daha inandırıcı olar.

İşə dair strateji suallar verin

Görüş zamanı verdiyiniz suallar da ən azı cavablarınız qədər önəmlidir. İşin detallarını öyrənməyə yönəlmiş və "bu işi daha yaxşı necə edərəm?" tipli suallar işə ciddi yanaşdığınızı və motivasiyalı olduğunuzu göstərir.

Görüşü müsbət şəkildə tamamlayın

Sonda görüş imkanı üçün təşəkkür etməyi və nəticəni səbirsizliklə gözlədiyinizi bildirməyi unutmayın. Bu, sizin motivasiyanızı və həvəsinizi göstərir. Eyni zamanda, seçildiyiniz halda şirkətlə uğurlu əməkdaşlığa inanmaq, özünüzə güvəndiyinizi nümayiş etdirir.

Mina Mikayılova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
news.milli.az

10Источники