RU

Tbilisidə bir qrup şəxs iki azərbaycanlı gəncə qarşı zorakılıq edib


Tbilisidə bir qrup şəxs supermarketdə satıcı işləyən iki azərbaycanlı gəncə qarşı zorakılıq edib.
Yeniavaz.com
“publika.ge” portalına istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi həmin şəxslərdən dördünün – 1996-cı il təvəllüdlü J.C., 2000-ci il təvəllüdlü L.Q., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K.-nın saxlanılması barədə məlumat yayıb.
Qeyd olunub ki, cinayəti törətmiş altı şəxsdən daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bildirilir ki, hadisə noyabrın 2-nə keçən gecə Tbilisidə “Spar” supermarketində baş verib. Hadisə nəticəsində supermarketin azərbaycanlı əməkdaşları 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M. fiziki zorakılığa məruz qalıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən dərhal sonra Manana Qiorqobianini supermarket işçilərinə qarşı zorakılıqda iştirak etdiyinə, həmçinin, zorakılığı təşkil etdiyinə görə saxlayıblar.
İstintaq müəyyən edib ki, Qiorqobiani supermarketin iki işçisi ilə münaqişə edib. Bundan sonra o, tanışı 1996-cı il təvəllüdlü J.C. ilə əlaqə saxlayıb və J.C.bir neçə nəfərlə birlikdə hadisə yerinə gəlib.
İstintaqın məlumatına görə, həmin şəxslər supermarket işçilərini zorla küçəyə çıxararaq, fiziki təzyiqə məruz qoyublar.
Избранный
4
5
yeniavaz.com

6Источники