RU

Tbilisidə azərbaycanlılara qarşı zorakılıqla bağlı 4 nəfər saxlanıldı


Tbilisidə supermarketdə iki azərbaycanlı satıcı gəncə qarşı qrup şəklində zorakılıq törətməkdə ittiham olunan daha dörd nəfər 1996-cı il təvəllüdlü J.C., 2000-ci il təvəllüdlü L.Q., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K. həbs edilib.saxlanılb.
Yeniavaz.com
“publika.ge” portalına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, cinayəti törətmiş altı şəxsdən daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə noyabrın 2-nə keçən gecə Tbilisidə “Spar” supermarketində baş verib. Hadisə nəticəsində supermarketin azərbaycanlı əməkdaşları 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M. qrup şəklində fiziki təzyiqə məruz qalıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Manana Qiorqobianini supermarket işçilərinə qarşı zorakılıqda iştirak etdiyinə, həmçinin, zorakılığı təşkil etdiyinə görə saxlanılıb.
İstintaqın müəyyən etdiyi kimi, Qiorqobiani supermarketin iki işçisi ilə münaqişə edib. Bundan sonra o, tanışı 1996-cı il təvəllüdlü J.C. ilə əlaqə saxlayıb və J.C.bir neçə nəfərlə birlikdə hadisə yerinə gəlib.
İstintaqın məlumatına görə, həmin şəxslər supermarket işçilərini zorla küçəyə çıxararaq, fiziki təzyiqə məruz qoyublar.
Избранный
1
5
yeniavaz.com

6Источники