RU

İngiltərə millisinin sabiq üzvü Polşa klubuna keçə bilər

İngiltərə milli komandasının sabiq üzvü Delle Allinin klubsuz günləri başa çata bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, təcrübəli futbolçu Polşa klubundan təklif alıb. “Visla”(Plok) ingilis üçün təklif irəli sürüb. Onun keçidinin qışda baş tuta biləcəyi gözlənilir.

Hazırda klubsuz olan 29 yaşlı futbolçu son dəfə “Komo”da çıxış etmişdi.

Bundan əvvəl isə Alli “MK Dons”, “Tottenhem”, “Everton” və “Beşiktaş”ın formasını geyinib.

saytlarin hazirlanmasi

Избранный
17
1
sportal.az

2Источники