19 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik baş verib.
"Football-plus.az" xəbər verir ki, Türkiyənin "Ankaragücü" klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.
Xatırladaq ki, komanda Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта