RU

2025-ci ildə vergi-gömrük güzəştlərinin və azadolmalarının ümumi məbləği açıqlanıb

Bakı, 6 noyabr, AZƏRTAC

Bu il Azərbaycanda vergi-gömrük güzəştlərinin və azadolmalarının ümumi məbləği 7,7 milyard manat təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu məbləğ dövlət büdcəsi gəlirlərinin 20 faizi qədərdir. "Güzəşt və azadolmalar müəyyən edilərkən mülkiyyət formaları arasında ayrı-seçkiliyə yol verilmir. İmtiyazların 94,5 faizi qeyri-neft-qaz sektorunun payına düşür", - deyə deputat qeyd edib.

O əlavə edib ki, 2025-ci ildə təkcə vergi-gömrük güzəştlərinin ümumi məbləği 4,4 milyard manatdır ki, bunun da 99,7 faizi özəl sahibkarlıq subyektlərinə aiddir: "Bu rəqəmlər bir daha təsdiq edir ki, vergi-gömrük güzəştlərinin əsas benefisiarı dövlət sektoru deyil, məhz özəl sektordur. Vergi-gömrük güzəştlərinin də 95,9 faizi qeyri-neft-qaz sektoru ilə bağlıdır",- deyə o bildirib.

 

Избранный
16
1
azertag.az

2Источники