RU

Rusiyanın nəhəng elektrik stansiyası vuruldu - VİDEO

6 noyabr gecəsi Ukrayna dronları Rusiyanın Kostroma vilayətində yerləşən Kostroma Dövlət Rayon Elektrik Stansiyasına (GRES) və Volqoqraddakı "Lukoil" neft emalı zavoduna hücum edib.

Olaylar.az xəbər verir ki, zərbələr nəticəsində enerji obyektlərində yanğınlar baş verib, bir mülki şəxs həlak olub.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 75 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Qeyd edək ki, Kostroma DRES gücünə görə Rusiyanın üçüncü ən böyük İES-i hesab olunur. 3720 MVt gücü olan stansiya Rusiyanın mərkəzi regionlarının əhəmiyyətli hissəsini elektrik enerjisi ilə təmin edir. (milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
5
olaylar.az

6Источники