Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin ilk 3 rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 1,1 milyon dollar vəsait xərcləyiblər. Bu, 2024-cü ilin ilk 3 rübü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və ya 37.5% çoxdur.
Banco.az bu barədə BP-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilk 3 rüb ərzində təxminən 1,3 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 24 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkədə idmanı təbliğ edən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 8 konfrans və seminara dəstək, yəni ümumilikdə 39 layihə daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!