Bu həftəsonu Azərbaycan derbisi - "Qarabağ" - "Neftçi" baş tutacaq.

Offsideplus.az xəbər verir ki, yalnız Qurban Qurbanov hər iki klubun "sükanı arxasında" Azərbaycan derbisində iştirak edib. O, eyni zamanda futbolçu kimi də bu oyunda olub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Hər iki klubla futbolçu kimi derbidə iştirak edən üç mütəxəssis bir komandanın baş məşqçisi kimi də bu həyəcanı yaşayıb. Samir Abasov, Tərlan Əhmədov və Arif Əsədov hər iki komandanın futbolçusu, "Neftçi"nin baş məşqçisi kimi derbidə iştirak edib. Əhmədov hər iki komandada qol da vurub.

Dörd futbolçu sonradan baş məşqçi kimi də eyni klubun uğuru üçün derbiyə qatılıb. Əsgər Abdullayev, Samir Əliyev, Füzuli Məmmədov "Neftçi"nin, Elşad Əhmədov "Qarabağ"ın həm futbolçusu, həm də baş məşqçisi kimi derbi həyəcanı yaşayıb.

Qurban Qurbanovla Samir Abasov derbilərdə bir dəfə meydana "Neftçi"dəki komanda yoldaşı kimi çıxıb (13.03.2004. "Qarabağ" – "Neftçi" 1:3).

2006/2007 mövsümündəki iki matçda Qurban Qurbanov "Neftçi"nin baş məşqçisi, Samir Abasov "Qarabağ"ın futbolçusu olub (18.09.2006. "Neftçi" – "Qarabağ" 0:0, 27.04.2007. "Qarabağ" – "Neftçi" 0:2).

2010/2011 mövsümündə Qurban Qurbanov baş məşqçi, Samir Abasov futbolçu kimi "Qarabağ"da 2 derbiyə çıxıb (08.08.2010. "Neftçi" – "Qarabağ" 1:1, 03.04.2011. "Neftçi" – "Qarabağ" 2:0).