RU

Sudan bu gün bizə ehtiyac duyur - sabah gec ola bilər

BAKI,TurkicWorld

Sudanda bir ildən artıq davam edən müharibə milyonlarla insanın həyatını dağıdıb. Dünya susur, xəbərlər unudulur, amma Sudan yanmağa davam edir. Ölkə “səssiz fəlakət zonasına” çevrilib - uşaqlar aclıqdan ölür, analar körpələrinə süd tapmır, xəstəxanalar dərmansızdır.

Bu acı reallığa biganə qalmayan Al Baraka Azerbaijan könüllüləri 760 nömrəli təcili humanitar yardım layihəsinə başlayıblar. Məqsəd Allahın izni ilə bölgəyə qida, dərman və süd məhsulları çatdırmaq, həyatla ölüm arasındakı körpünü qoparmaq deyil, möhkəmləndirməkdir.

Rəqəmlər dəhşətlidir

5 milyondan çox uşaq evsiz qalıb

Milyonlarla uşaq təhsilsizdir

3,7 milyon uşaq aclıq təhlükəsi ilə üzbəüzdür

BMT: “Sudan dünyanın ən böyük qaçqın böhranını yaşayır”

Bu, sadəcə rəqəm deyil. Bu, bütün bir nəslin məhvi deməkdir.

Niyə indi?

Çünki Sudan gözləyə bilmir. Bu gün verilən yardım sabah bir uşağı xilas edə bilər.

Bu gün uzadılan əl bir ailəni aclıqdan, xəstəlikdən, ölümü gözləməkdən qurtara bilər.

Bir paylaşım, bir nəfəs, bir həyat deməkdir!

Al Baraka Azerbaijan Sudan humanitar aksiyaya start verir və bildirik ki, “Səssiz fəlakətə biganə qalmayaq. Biz birlikdə güclüyük. Biz birlikdə həyat xilas edə bilərik.”

Dünyanın müxtəlif guşələrində humanitar layihələr həyata keçirən Al Baraka Azerbaijan könüllülər bu dəfə Sudan üçün ümidi diriltməyə çıxıblar.

Bir paket ərzaq - bir ana üçün sabaha ümid deməkdir

Bir qutu süd - bir uşaq üçün yaşamaq deməkdir

Bir dəstək - bir ailə üçün möcüzə deməkdir

Bu çağırış hamımıza aiddir- biganə qalma!

Избранный
41
turkic.world

1Источники