RU

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

BAKI, 6 noyabr. TELEQRAF

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Teleqraf-a verilən məlumata görə, Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.

Избранный
26
24
teleqraf.com

10Источники