RU

Luis Suares cəzasız qala bilmir - VİDEO

“İnter Mayami”nin hücumçusu Luis Suares MLS Kubokunun ikinci oyununda rəqibinə qaydaları pozan zərbə endirdiyinə görə cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, Suares “Neşvill”in honduraslı müdafiəçisi Endi Naharanı topsuz vəziyyətdə vurub.

Epizod matç zamanı hakim tərəfindən qeydə alınmasa da, qarşılaşmadan sonra araşdırılartaq intizam tədbiri görülüb.

MLS-in intizam komitəsinin qərarına əsasən, Suares komandanın üçüncü və həlledici oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu, Suaresin MLS-də ilk cəzası deyil. Sentyabr ayında o, “Siattl” ilə keçirilən Liqa Kubokunun finalından sonra klub əməkdaşına tüpürdüyü üçün 3 oyunluq diskvalifikasiya almışdı.

Uruqvaylı forvard əvvəlki cəzalara baxmayaraq, davranışında dəyişiklik etmədiyi üçün daha bir vacib görüşü buraxmış olacaq.

İdman.Biz

Избранный
56
1
idman.biz

2Источники