RU

“CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"CineMastercard" kinoteatrlar şəbəkəsində 7 noyabrdan etibarən türk ailəvi dram janrında olan və real hadisələr əsasında çəkilmiş "Bi Umut" filminin eksklüziv nümayişi başlayır. 

Ekran əsəri xəstəxanada ailəsiz və dəstəksiz qalan rus gəncə on il boyunca analıq edən türkiyəli Gülsüm Kabadayının gerçək həyatı haqqında bəhs edir. Bu təsirli film insan mərhəmətindən, ana sevgisindən və empatiyanın gücündən, tamaşaçıları duyğulandıran bir hekayədir.

Filmin rejissoru Gökhan Arı insan ruhunun gücü və möcüzəyə inam haqqında emosional hekayə yaradıb.

Baş rollarda - Hülya Duyar, Leon Kemstaç, Fikret Kuşkan, Celal Öztürk, Hayat Van Eck və Arzum Onan çıxış edirlər.

"Bi Umut" - istənilən yaşda olan tamaşaçının qəlbinə toxuna bilən, əsl insani münasibətlərdən bəhs edən ilhamverici ekran əsəridir.

Film yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
4
news.milli.az

5Источники