RU

Media: Avropa İttifaqının 7 ölkəsi Rusiya məhsullarına rüsumların tətbiqini təklif edir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Avropa İttifaqının 7 ölkəsi Rusiya mallarına idxal rüsumlarının tətbiq olunması barədə Avropa Komissiyasına təklif göndərib.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bu təşəbbüslə Estoniya, Latviya, Litva, Polşa, Finlandiya, İsveç və Almaniya çıxış ediblər.

Xatırladaq ki, sentyabr ayında Avropa Komissiyası Rusiya neftinin idxalına tətbiq olunan rüsumların artırılması ilə bağlı təklif hazırladığını açıqlayıb. Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, bu təşəbbüs ticarət məsələlərinə aid olduğundan qərar sadə səs çoxluğu ilə qəbul edilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
azertag.az

3Источники