RU

Əmək bazarının daha fəal olması üçün Dövlət Proqramı qəbul edilməlidir – Komitə sədri

Bakı. Trend:

İnkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanlarınsayı artır. Yaşlı insanların sayı artması ilə yanaşı sosialbüdcənin sosial yükü artır.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin sədri Musa Quliyev parlamentin bir neçə komitəsininortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlətbüdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 10-15 ildən sonra əmək bazarındamüəyyən problemlərin ola biləcəyi gözlənilir:

“Biz gələcəkdə əmək bazarının daha da fəal olması üçün sosialxərclərin atılan istiqamətdə xərclənməsinə indidən inkişafla bağlıdövlət proqramı qəbul etməliyik ki, yaxın 10-15 ildən sonra çoxciddi bir insan potensialının, xüsusən, gənc nəslin sayınınazalması ilə bağlı problemlə üzləşməyək”.

Məqalədə:
Избранный
33
az.trend.az

1Источники