RU

Bakı-Tblisi-Ceyhan boru kəmərinin əməliyyat xərcləri 7 %-ə yaxın azalıb

BAKI, 6 noyabr. TELEQRAF

Bu ilin ilk üç rübü ərzində Bakı-Tblisi-Ceyhan boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənib.

Teleqraf xəbər verir ki,bu barədə blokun operatoru "BP-Azerbaijan"nın üçüncü rüb üzrə yaydığı məlumatda qeyd edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə BTC boru kəməri üzrə əməliyyat xərcləri 6,7 faiz azalıb, əsaslı xərclər isə 2 dəfəyə yaxın artıb.

Qeyd edək ki, BTC-nin səhmdarları bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

Избранный
34
teleqraf.com

1Источники