Bakı. Trend:
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli”(AÇG) yatağındakı Qırmakıüstü Qumlu (QÜQ) layından sərbəst qazhasilatının 2026-cı ilin birinci yarısında başlanacağıgözlənilir.
Bu barədə Trendbp-ə istinadən xəbər verir.
Şirkətdən xatırladılıb ki, 2024-cü ildə AÇG üzrə sərbəst qaz(NAG Addendum) haqqında Əlavə Saziş imzalandıqdan sonra mövcud“Qərbi Çıraq” platformasından ilk kəşfiyyat-işlənmə quyusunungödvəsinin qazılması planlaşdırılıb və uğurla həyata keçirilib. Bulayihə yatağın potensialının qiymətləndirilməsində mühüm mərhələolub, çünki əldə edilən məlumatlar AÇG-də sərbəst qazehtiyatlarının gələcək işlənməsi planlarının formalaşdırılmasınakömək edəcək.
“2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırdahasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQlayına - dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı(QA) lay dəstlərinə çıxış təmin edilmişdir. Nəticədə QÜQ laydəstində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənmişdir və AÇG-dənilk STQ hasilatının 2026-cı ilin birinci yarısında həmin laydanbaşlanacağı gözlənilir”– bp-də qeyd ediblər.
Bundan əlavə, QA lay dəstində də yüksək təzyiqli qazehtiyatlarının mövcudluğu aşkar edilmişdir və bu layda 2026-cı ilinəvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır.