RU

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir.

Kulis.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.

Qeyd edək ki, Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Избранный
26
5
kulis.az

10Источники