RU

Məktəbəqədər Təhsilin Sosial və İqtisadi Əhəmiyyəti

Bakı. Trend:

Azərbaycanın sosial inkişaf gündəliyində mühüm yer tutanməsələlərdən biri uşaqların məktəbəqədər təhsilə cəlb olunmasəviyyəsidir. Rəsmi statistikaya görə, ölkədə təxminən 390min uşaq məktəbəqədər təhsildən kənarda qalır. Bu rəqəmtəkcə təhsil göstəricisi deyil, həm də gələcək insan kapitalınayönəlik ciddi sosial və iqtisadi problemin göstəricisidir.

Mövcud vəziyyət təhsil idarəetməsi üzrə ekspert RasifDünyamalıyev tərəfindən bir neçə tərəfdən analiz olunur.

Müasir dövrdə bir çox dövlətlər məktəbəqədər təhsilə cəlbolunmanı artırmaq üçün ardıcıl strategiyalar həyata keçirir. Avropaİttifaqı üzrə 3 yaşdan yuxarı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi 94,6%, bəzi ölkələrdə isə,məsələn Fransada, bu göstərici 100%-ə yaxındır.Türkiyədə isə bu nisbət cəmi 48,6% təşkil edir. Bumüqayisə göstərir ki, məktəbəqədər təhsilə diqqət təkcə sosialsiyasət deyil, həm də uzunmüddətli iqtisadi rifahın əsasgöstəricisidir.

Erkən uşaqlıq inkişafı və “ilk 1000 gün” yanaşması

Təhsil mütəxəssisləri uşağın doğulduğu andan etibarən ilk 1000günü onun gələcək inkişafı üçün həlledici mərhələ kimiqiymətləndirirlər. Bu dövrdə uşağın aldığı qidalanma, emosionalmünasibətlər və motivasiya mühiti onun fiziki, sosial və idrakinkişafının təməlini qoyur. İlk mərhələdə ailə mühiti əsas roloynasa da, növbəti illərdə məktəbəqədər müəssisələrin rolu ön planakeçir. Bu müəssisələr uşağın sosiallaşmasını, emosional sabitliyinivə müstəqil öyrənmə bacarıqlarını dəstəkləməlidir.

Tibbi baxımdan da bu dövr kritik əhəmiyyət daşıyır.Araşdırmalara görə, 1–6 yaş arasında uşağın sinir sisteminintəxminən 60%-ə qədəri formalaşır, beyin çəkisi isədoğulduğu anda 350–400 qramdan 6 yaşda yetkin beynin 90–95%-isəviyyəsinə çatır. Bu mərhələdə gecikmə və ya stimullaşdırmanınolmaması sonrakı idrak, sosial və emosional bacarıqların inkişafınıləngidir. Beləliklə, məktəbəqədər təhsil uşağın yalnız bilikqazanması deyil, həm də şəxsiyyət formalaşmasının ilkinmərhələsidir.

İqtisadi və sosial baxış: Heckman modeli

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı JamesHeckman uşaqlıq dövrü təhsil investisiyalarınınuzunmüddətli sosial və iqtisadi təsirlərini empirik olaraq sübutetmişdir. Onun tədqiqatları göstərir ki, erkən yaşlarda (xüsusən0–3 yaş dövründə) uşaqlara edilən investisiya, daha sonrakı təhsilmərhələlərinə edilən xərclərlə müqayisədə 7–13dəfə daha çox sosial gəlir gətirir. Heckman modelinə görə,erkən təhsilin əsas nəticələri aşağıdakılardır:

  • Yüksək keyfiyyətli məktəbəqədər təhsil alan uşaqların gələcəkdəgəlirləri orta hesabla 14–20% daha yüksəkolur;
  • Sosial vərdişlər, məsuliyyət, dözümlülük və emosionaltənzimləmə kimi “non-cognitive skills” həyat uğurunun əsasgöstəricilərindəndir;
  • Erkən təhsil yoxsulluq riskini azaldır, cinayətkarlıqsəviyyəsini endirir və sosial bərabərliyi gücləndirir;
  • Valideynlərə yönəlik təlim və dəstək proqramları bu təsirləridaha da artırır.

Carolina Abecedarian ProjectPerryPreschool Project kimi uzunmüddətli tədqiqatlar da bunəticələri təsdiqləmişdir. 0–5 yaş arasında keyfiyyətliməktəbəqədər təhsil alan uşaqların yetkinlik dövründə gəlirləri vətəhsil səviyyələri daha yüksək, cinayət meyilləri isə daha aşağıolub.

Azərbaycan konteksti: mövcud vəziyyət və nəticələr

Azərbaycan üçün bu məsələnin aktuallığı xüsusilə böyükdür. 390min uşağın məktəbəqədər təhsildən kənarda qalması, onların sonrakıtəhsil mərhələlərinə və əmək bazarına daxilolma imkanlarınıəhəmiyyətli dərəcədə məhdudlaşdırır. Məktəbəqədər təhsil almayanuşaqlar sosial və emosional baxımdan zəif inteqrasiya olunur,özünəinam və motivasiya problemi yaşayır, gələcəkdə iş bacarıqlarıbaxımından geridə qalır. Bu, yalnız fərdi deyil, həm də millisəviyyədə iqtisadi itkilərlə nəticələnir.

Süni intellekt və texnoloji innovasiyaların hökm sürdüyü XXIəsrdə uşaqların baza bacarıqları artıq bağça yaşındaformalaşmalıdır. Məktəbəqədər müəssisələrdə öyrənilən sosialmünasibətlər, emosional tənzimləmə və idrak bacarıqları gələcəkmütəxəssislərin adaptasiya və yaradıcılıq qabiliyyətinin əsasınıtəşkil edir. Gecikmiş təhsil isə həm fərdlərin, həm də ölkənininkişaf tempini yavaşladır.

Məktəbəqədər təhsil gələcəyə edilən ən səmərəliinvestisiyadır

Məktəbəqədər təhsil təkcə uşağın öyrənmə mərhələsinin başlanğıcıdeyil, həm də cəmiyyətin gələcək rifahının təməlidir. Sononilliklərdə Azərbaycan cəmiyyəti investisiyanı əsasən ali təhsilmərhələsinə yönəldib, lakin müasir elmi sübutlar göstərir ki,sosial və iqtisadi baxımdan ən yüksək gəlirlilik erkən yaşmüdaxiləsindədir. Valideynlər, təhsil qurumları və dövlətstrukturları uşağın ilk illərinə daha sistemli yanaşmalı,məktəbəqədər təhsil siyasətini sosial prioritetəçevirməlidirlər.

Unutmaq olmaz ki, erkən yaşda təhsildən kənarda qalan uşaqgələcəkdə inkişaf üçün daha çox resursa, daha çox vaxta və daha çoxdəstəyə ehtiyac duyur. Bu isə həm fərdi, həm də milli səviyyədəstrateji gecikmə yaradır. Məktəbəqədər təhsil gələcəyə edilən ənsəmərəli investisiyadır — və bu investisiyanın vaxtı eləindidir.

Məqalədə:
Избранный
41
az.trend.az

1Источники