RU

Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından gəlir vergisi tutulacaq – RƏSMİ

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

 

 

 

 

 

2500 manatadək

3 faiz

 

 

 

 

 

 

2500 manatdan 8000 manatadək

75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz

 

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

 

 

 

 

 

2500 manatadək

5 faiz

 

 

 

 

 

 

2500 manatdan 8000 manatadək

125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

 

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

 

 

 

 

 

2500 manatadək

7 faiz

 

 

 

 

 

 

2500 manatdan 8000 manatadək

175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

 

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

 

 

8000 manatadək

0 faiz

 

 

 

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

Избранный
15
7
gundem.az

10Источники