RU

Şuşanın azad olunması Azərbaycanın hərbi strateji uğuru idi

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şuşanın azad olunması Azərbaycanın hərbi-strateji uğuru idi5 il əvvəl, 2020-ci il noyabrın 8-də Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək böyük Zəfər tarixi yazdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat – Ermənistanın kapitulyasiya aktı Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu. Noyabrın 8-i Şuşanın azad olunması böyük Qələbəmizin ən parlaq səhifəsi oldu. Bu, səbəbsiz deyil. Şuşanın azad edilməsi mümkünsüz hesab olunsa da, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu çətin missiyanı yerinə yetirdi.Hətta erməni separatçı rejiminin rəhbərləri öz havadarlarına güvənərək, Azərbaycanın guya xunta rejimini tanıyacağına dair cəfəng iddialar səsləndirirdilər. Azəbaycan ordusu bu sərsəm iddiaların heç bir əsasının olmadığını real döyüş meydanında sübut etdi. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq tələb edirdi. Azərbaycan ordusu bu tapşırığı şərəflə, böyük qəhrəmanlıqla yerinə yetirdi. Azərbaycan bayrağı 28 ildən sonra Şuşada dalğalandı.Vətən müharibəsi həm də xalqımızın birliyini göstərdi. Belə ki, istər Vətən müharibəsi ərəfəsində, istərsə də müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını təsdiqlədi. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında yalnız AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etmədilər. Halbuki ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların rəhbərləri birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edirdi. Bu tarixi həmrəylik bəyanatında radikal düşərgənin iştirak etməməsi onların antimilli xislətini bir daha ifşa etdi.Böyük Qələbədən sonra Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan vermək istəməyən qüvvələr regionda yeni “statuks-kvo” vəziyyəti yaratmağa çalışırdı. Onların məqsədi Azərbaycanı 2020-ci il 44 günlük müharibənin nəticələri ilə kifayətlənməyə məcbur etmək idi. Lakin Azərbaycanın növbəti hədəfi var idi – dövlət suverenliyinin bərpası. Bunun üçün isə təbii ki, Xankəndi şəhəri azad olunmalı idi. 44 günlük müharibədə Azərbaycan Ordusunun məhz Xankənidinin bir addımlığında dayanması da təsadüfi deyildi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, bu, Azərbaycanın şüurlu seçimi idi.Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyəcəyini bir daha sübut etdi. Müharibənin başa çatmasından ötən 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər bizi növbəti hədəfimizə yaxınlaşdırdı. Belə ki, 2023-cü il aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsi quruldu, 2023-cü il sentyabrın 20-də isə məsələ öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Xankəndidə Azərbaycanın dövlət bayrağı ucaldı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat ərzində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə idi.Artıq 5 ildir Zəfərimizin simvolu olan Şuşa azaddır. Qısa müddətdə Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyalılarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası Şuşanın tarixi və milli simasını özünə qaytarıb. Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Bu gün Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. Şuşanın azad olunması hərbi-strateji uğur olmaqla yanaşı, həm də mənəvi qələbəmizdir. Bu illər ərzində Şuşa “Türk dünyasının”, eləcə də “İslam dünyasının” mədəniyyət paytaxtı elan edildi.Beləliklə, istər hərbi, istərsə də beynəlxalq müstəvidə atılan addımlar, həmçinin güclü siyasi iradə sayəsində Azərbaycan öz məsələsini özü həll etdi.Könül Nurullayeva, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
5
newscenter.az

6Источники