Noyabrın 6-da Naxçıvan şəhərində Zəfər Gününün 5 illiyi münasibətilə hərbi yürüş təşkil edilib.
Modern.az xəbər verir ki, şəhərin Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən Zəfər Parkınadək davam edən yürüşdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.