RU

“Görün, yaponlar və koreyalılar nə qədər geridə qalıblar...” Keçmiş deputat MŞ sədrinə müraciət etdi

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Keçmiş deputat, elm-təhsil sahəsi üzrə mütəxəssis Etibar Əliyev Mətbuat Şurasının sədri Rəşad Məcidin qəzetlərin bağlanması barədə fikirlərinə münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, “Facebook” səhifəsində müraciətini ictimailəşdirən E.Əliyev, əvvəlcə R.Məcidin müsahibəsindən sitat gətirib:

"Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur”.

Keçmiş deputat qeyd edir ki, qəzet arxivdir, yaddaşdır, sayt isə efemer xəbərlər seriyasından başqa heç nə deyil. E.Əliyev vurğulayır ki, qəzet çapının fəlsəfəsi dəyişməlidir. “150 ildən çox tarixi olan qəzet ənənəsini necə yox etmək olar? Ölkənin filoloqları və tarixçilərinin əksəriyyəti qəzetləri mənbə kimi götürərək alimlik dərəcəsi alıblar”, - o əlavə edib.

Keçmiş millət vəkili hazırda da 1 milyon tirajla çap olunan "Literaturnaya qazeta"ya abunə olduğunu xatrladıb: "İnostrannaya literatura" jurnalı isə məzmunu daha da zənginləşdirir. Azərbaycanın ən sanballı futuristi (gələcəyi təsvir edən) Mirzə Ələkbər Sabir imiş... Görün, təxminən 130 il bundan əvvəl nə deyib:

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!...

Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!...

E.Əliyev daha sonra yazır:

“Dəyərli dost! Görün, yaponlar və koreyalılar nə qədər geridə qalıblar:

Cənubi Koreyada gündəlik 14 milyon tirajla 100 qəzet çıxır.

“Çoson ilbo” - 2 miliyon tirajla (1920-ci ildən çıxır)

“Tona ilbo” - 1 miliyon tirajla (1920-ci ildən çıxır)

“Xanquk ilbo” - 2 miliyon tirajla (1954-cü ildən çıxır)

“Seul Sinmun” - 700 min tirajla (1945-ci ildən çıxır)

və digər qəzetlər...

Ölkədə 102 televiziya kanalı (həmçinin 60 kabel televiziyası),

150 radiostansiya fəaliyyət göstərir.

Yaponiyada cəmi 5 milli gündəlik qəzet çıxır:

“Asaxi simbun” -12 milyon tirajla (1879-cu ildən çıxır)

“Yemiuri simbun” -14 milyon tirajla (1874-cü ildən çıxır)

“Mayniti simbun” -5.6 milyon tirajla (1872-ci ildən çıxır)

“Nixon keydzay simbun” - Yapon iqtisadiyyat qəzeti-4.6 miyon (1876-cı ildən çıxır)

“Sankey simbun” - Sənaye-iqtisadiyyat qəzeti- 1,6 milyon tirajla (1933-cü ildən çıxır)”.

E. Əliyev adıçəkilən qəzetlərin ikisinin iqtisadiyyata aid olduğunu qeyd edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
azpolitika.info

2Источники