Bakı. Trend:
Cari ilin ilk doqquz ayı ərzində Xəzərin Azərbaycan sektorundakı“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan dövlətinəsutkada orta hesabla 8 milyon kubmetr səmt qazı (cəmi 2,1 milyardkubmetr) tədarük olunub.
Trend bu barədəbp-yə istinadən xəbər verir ki, səmt qazının əsas həcmi Səngəçalterminalına, eləcə də SOCAR-ın “Neft Daşları”dakı istehsalatobyektlərinə yönəldilib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk doqquz ayında AÇGgündəlik orta hesabla 6,5 milyon kubmetr səmt qazı təhvilvermişdi.
Beləliklə, səmt qazı tədarükünün həcmi illik müqayisədə 23faizdən çox artıb.
Qeyd edək ki, Layihənin operatoru “Azəri-Çıraq-Günəşli”yataqları blokuna dair hasilatın pay bölgüsü sazişi (PSA)iştirakçıları adından “BP Exploration (Caspian Sea) Limited”şirkətidir.
Layihədə iştirak payları aşağıdakı kimi bölünüb: bp (30,37%),SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%),TPAO (5,73%), ITOCHU (3,65%) və ONGC Videsh (2,92%).