RU

AÇG dən dövlətə ötürülən qazın həcmi 16% dən çox artıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə, əsasən SOCAR-a Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 2,1 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 16,7% çoxdur.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk doqquz ayıının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 8 mln. kubmetr qaz verilib.

“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, AÇG-də hasil edilən səmt qazının bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
apa.az

2Источники