RU

Naxçıvan Ali Məhkəməsinin sədrinin səlahiyyətlərinə xitam verilib İnam Kərimov iclas keçirdi

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda “İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi Qaydaları” layihəsi və “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.

Sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarına baxılıb.

İclasda bəzi birinci və apellyasiya instansiya məhkəmələrinin, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi və onların səmərəli fəaliyyətinə görə Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilmələri barədə qərarlar qəbul edilib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
14
azpolitika.info

10Источники