AGMA-nın təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı yeni layihəyə start verilir.Süni intellekt artıq təhsilin ayrılmaz hissəsinə çevrilib. Müəllimlər üçün bu texnologiyaları tanımaq və dərs prosesində səmərəli şəkildə tətbiq etmək arıtq zərurətdir.Bu məqsədlə həyata keçirilən layihə çərçivəsində 20 nəfər gənc müəllim 2 gün müddətində təlimlər, qrup işləri və vörkşoplarda iştirak edərək təcrübə və bacarıqlarını inkişaf etdirəcəklər.Təlimlərdə siz nələri öyrənəcəksiniz?• Süni intellektin əsas anlayışları və təhsildə tətbiqi sahələri;• ChatGPT, Canva AI, Google Gemini kimi alətlərlə işləmək bacarıqları;• Fərdiləşdirilmiş tədris metodları və praktiki dərs planlarının hazırlanması;•Təhsildə süni intellektin etik və məsuliyyətli istifadəsi;Əsas məqsədi gənc müəllimlərin süni intellekt texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq, təhsildə innovasiyaları təşviq etmək və rəqəmsal transformasiyaya dəstək vermək olan layihə Bakı şəhərində həyata keçiriləcək.Qeydiyyat üçün son gün 15 noyabrdır.Qeyd edək ki, rayonlardan qatılan iştirakçıların qonaqlanma və yemək xərcləri təşkilat tərəfindən qarşılanacaq.Qeydiyyat linki: https://forms.gle/p4v7vDtPLg48qVM97
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


