RU

Hərbi xidmətdən möhlət ala bilərsiniz KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Arıqlıq və köklük yalnız sağlamlığa deyil, həm də hərbi xidmətə yararlılıq dərəcəsinə təsir edən vacib amillərdən sayılır. Fiziki hazırlığın yüksək səviyyədə tələb olunduğu hərbi xidmətdə bədən çəkisinin normadan aşağı olması bəzi hallarda çağırışçının xidmətə qəbuluna maneə yarada bilər. Bəs, belə şəxslərə birdəfəlik, yoxsa müvəqqəti möhlət verilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətin spesifik xüsusiyyətləri hər bir çağırışçının fiziki cəhətdən sağlam və dözümlü olmasını tələb edir:

“Hərbi xidmət spesifik xidmətdir. Orada fiziki ağırlıq, qaçmaq, sürünmək, çevik hərəkətlər etmək kimi tələblər var. Əgər çağırışçının sağlamlığında köklük əlamətləri müşahidə olunursa, bu, onun hərbi xidməti normal şəkildə həyata keçirməsinə mane olur. Ona görə də bu hallar diqqətlə nəzərdən keçirilir.”

Ekspertin sözlərinə görə, arıqlıq da eyni dərəcədə önəmli göstəricidir:

“Hərbi xidmətə çağırılan şəxsdə arıqlıq varsa, ona da müvəqqəti möhlət hüququ verilə bilər. Bu müddət ərzində çağırışçı çəkisini normaya salmalıdır. Hər iki halda məqsəd, şəxsin fiziki cəhətdən xidmətə tam hazır vəziyyətə gətirilməsidir.”

Üzeyir Cəfərov əlavə edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu kimi hallarda tibbi komissiyanın qərarına əsaslanaraq fərdi qaydada qərar qəbul edir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
konkret.az

2Источники