RU

Polşa Rusiya ilə sərhədini möhkəmləndirməyə 7 milyon dollar xərcləyəcək

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 noyabr, AZƏRTAC

Polşa Rusiya ilə sərhəddə təhlükəsizlik sistemini yeniləyir. Layihəyə 7 milyon dollar xərclənəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Sərhəd Mühafizə Xidməti məlumat yayıb. Həmin məbləğin 6,3 milyon dolları və ya 90 faizi Avropa İttifaqının Sərhəd İdarəetmə Fondu tərəfindən ödəniləcək.

“Layihə sərhəd nəzarəti sistemlərinin səmərəliliyini və təhlükəsizliyini artıracaq, bölmələrdə idarəetmə və kommunikasiyaların davamlılığını təmin edəcək, personalın bacarıqlarını yüksəldəcək və mobil həllərin tətbiqi ilə şəxsi heyətin işini optimallaşdıracaq”, - deyə Sərhəd Mühafizə Xidmətindən bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
azertag.az

3Источники