RU

Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV azad olunması üçün şərt müəyyənləşir

Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə əlaqədar yeni şərt müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

    Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olacaq.

    O cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

    Избранный
    26
    9
    banco.az

    10Источники