RU

Gündə 15 avro: Populyar adalar turistləri uzaqlaşdırmaq üçün vergini artırır

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Balear adalarının (Mayorka, İbiza, Menorka, Formentera) ən böyük həmkarlar ittifaqlarından biri olan CCOO turizm sektorunda ciddi dəyişiklik təklif edib. Yay mövsümünün pik aylarında – iyul və avqustda  turist vergisinin şəxslər üçün gecəlik 15 avroya qaldırılıb.

Lent.az xəbər verir ki, hazırda turist vergisinin maksimum məbləği sutkada 4 avrodur.

İttifaqın baş katibinin sözlərinə görə, təklif olunan artım simvolik anlam daşıyır və əsas mesaj belədir. “Bu artım gəlir əldə etmək üçün deyil, yüksək mövsümdə adaların turistlərlə dolu olduğunu və əlavə yükə yer olmadığını dünyaya göstərmək üçündür”.

CCOO bildirir ki, vergidən toplanan əlavə vəsait yerli əhalinin rifahına yönləndirilməlidir. Prioritet istiqamətlər əmək şəraitinin yaxşılaşdırılması, peşəkar hazırlıq və təlim proqramları və adalarda kəskin mənzil probleminin həllidir.

Bu vergi təşəbbüsü dayanıqlı inkişaf paketi çərçivəsində təklif olunan 52 tədbirdən yalnız biridir. Həmkarlar ittifaqı xatırladır ki, hakimiyyət orqanları artıq 2024-cü ildə turizm vergisinin artırılacağına dair vəd vermişdi. Həmin vaxt çoxsaylı etiraz aksiyaları keçirilmişdi.

Planın digər əsas maddələri:

Yeni turizm obyektlərinə moratorium – yeni hotellərin inşasına müvəqqəti qadağa, köhnə obyektlərin yenilənməsi.

Mənzil siyasəti islahatı – kirayə qiymətlərinə limit, 40 min mənzillik dövlət fondunun yaradılması; boş qalan və banklara məxsus tikililərdən istifadə.

Turizm tutumunun araşdırılması – adaların ətraf mühit resurslarına əsasən real turizm tutumunun müəyyənləşdirilməsi.

Nəqliyyat məhdudiyyəti – yay mövsümündə kruiz gəmilərinin və uçuşların sayına limit qoyulması, turistlərin ilboyu daha bərabər paylanması.

Beləliklə, CCOO yalnız vergi artımı yox, həm də yerli əhalinin maraqlarını qoruyan, daha keyfiyyətli və idarəolunan turizm modelinə keçidi hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
lent.az

1Источники