Bakıda itkin düşən 16 yaşlı yeniyetmə tapılıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub.
Həmin şəxs barəsində polis əməkdaşları tərəfindən axtarış elan edilib. 16 yaşlı yeniyetmənin yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта