RU

Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından gəlir vergisi tutulacaq – RƏSMİ

Bakı. Trend:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunaaid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdluişdən aylıq gəlirlərindən vergi tutulacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan vəqeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyənfiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakıgöstərilən dərəcələrlə tutulacaq.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dəkaşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək3 faiz
2500 manatdan 8000 manatadək75 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi
8000 manatdan çox olduqda625 manat + 8000 manatdan çox olan məbləğin 14faiz

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dəkaşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək5 faiz
2500 manatdan 8000 manatadək125 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi
8000 manatdan çox olduqda675 manat + 8000 manatdan çox olan məbləğin 14faizi

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğunolaraq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin dərəcəsi
2500 manatadək7 faiz
2500 manatdan 8000 manatadək175 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi
8000 manatdan çox olduqda725 manat + 8000 manatdan çox olan məbləğin 14faizi

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyətiolmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərindəişləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğunolaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlirVerginin dərəcəsi
8000 manatadək0 faiz
8000 manatdan çox olduqda8000 manatdan çox olan məbləğin 14 faizi
Избранный
43
7
az.trend.az

10Источники