RU

Şamaxıda qadın güllələndi -Əri saxlanıldı

Şamaxıda qadın odlu silahla qətlə yetirilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Qətldə qadının həyat yoldaşı P.Tağıyev şübhəli bilinir.

Rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub.

Onun qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirdiyi bildirilir. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Избранный
43
22
redaktor.az

10Источники