RU

Prezident İlham Əliyevin AMEA dakı çıxışı ölkənin inkişafında texnologiya və elmin rolunu vurğulayır ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən yubiley iclasında geniş çıxış edən Prezident İlham Əliyev texnoloji inkişafa, rəqəmsallaşmaya, süni intellektin, hərbi sənayenin inkişafına və işğaldan azad olunmuş ərazilərdə geoloji işlərin aparılmasında alimlərin iştirakını vacib hesab etdi. Dövlətimizin başçısı bildirib ki, hər bir ölkənin inkişafını və təhlükəsizliyini texnoloji imkanlar müəyyən edir və inkişafı təbii resurslar yox, cəmiyyətin intellektual və texnoloji potensialı müəyyən edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O deyib: "Prezident İlham Əliyev vurğuladı ki, müasir dünyada təbii resurslar ölkənin inkişafında əsas rolunu cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf və elmin inkişafına verməlidir. Qabaqcıl inkişaf etmiş ölkələrin iqtisadiyyatına baxdıqda, onların inkişafında texnoloji və intelektual inkişafın əsas rol oynadığı aydın görünür.

Dövlətimizin başçısının çıxışında ölkənin iqtisadi inkişafından əvvəl texnoloji, rəqəmsallaşma, süni intellekt və hərbi sənayenin inkişafına diqqət yetirməsi təsadüfi deyil. Çünki Azərbaycan müasir iqtisadi inkişaf modelinə keçid edir və bu prosesdə alimlərin iştirakı uğurlu elmi əsaslar yaradacaqdır".

Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoruna yönəldilir. Gələn ilin dövlət büdcəsində Neft Fondundan transfertlər azaldılaraq qeyri-neft sektorundan gələn gəlirlərin 8 faiz artırılması proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunun iqtisadiyyatdakı artan payını göstərir. Cari ilin 9 ayında ölkənin ÜDM-i 1,3 faiz artmışdırsa, qeyri-neft sektorunda bu artım 2,9 faiz olub ki, bu da qeyri-neft iqtisadiyyatının prioritet olduğunu göstərir.

Enerji resurslarının ÜDM-də payının azalması neft hasilatının azalması ilə bağlıdır. Məsələn, cari ilin 9 ayında neft hasilatı 4,6 faiz azalıb, lakin qaz hasilatı 2,8 faiz artaraq ümumi enerji istehsalındakı azalmanı 1,9 faizdə saxlayıb. Bunun nəticəsində ümumi ÜDM artımı qeyri-neft sektorunun hesabına qorunub.

Buna görə də dövlətimizin başçısı texnoloji inkişafa investisiyaların vacibliyini bir daha vurğuladı. Makroiqtisadi göstəricilərə toxunan Prezident İlham Əliyev xarici dövlət borcunun ÜDM-in 6 faiz olduğunu və valyuta ehtiyatlarımızın 16 dəfə çox olduğunu diqqətə çatdırdı. Bu, Azərbaycanın xarici dövlət borcunu qısa müddətdə ödəyərək sıfırlaya bilən nadir ölkələrdən olduğunu göstərir.

"Azərbaycan həm regional inkişaf layihələrini həyata keçirir, həm də valyuta ehtiyatlarını artırır. Hər il dövlət büdcəsindən təxminən 4 milyard manat işğaldan azad olunmuş ərazilərin bərpasına yatırılır. Böyük Qayıdış proqramı uğurla icra olunur, yeni şəhər və kəndlər tikilir, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qaytarılır. Paralel olaraq digər rayonlarda da sosial infrastruktur layihələri davam etdirilir.

Beləliklə, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə formalaşan dövlət büdcəsi iqtisadiyyatın inkişaf dinamikasını qoruyub saxlayır. Lakin bu inkişafın sürətləndirilməsi üçün alimlərin iştirakı ilə texnologiyaların və süni intellektin tətbiqi prioritet olmalıdır",- deyə A. Badamov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
3
azertag.az

4Источники