Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüş Zəfər Parkında başa çatacaq.