RU

Səttar Möhbalıyev: Üçrəngli Bayrağımız Müstəqil Azərbaycanın Şərəf və Qürursimvoludur

9 noyabr – Azərbaycan xalqının tarixi yaddaşında, milli mənəviyyatında və dövlətçilik düşüncəsində ən uca rəmzlərdən biri olan Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu gün təkcə bir simvolun doğum tarixi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin ideya köklərini, tarixi davamlılığını və milli özünüdərkini təcəssüm etdirən gündür. Ulu Öndər Heydər Əliyev bu rəmzin mənəvi və siyasi mahiyyətini belə ifadə etmişdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidirOna görə gərək hər birAzərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərketsin, qiymətləndirsin.” Bu sözləri Vətəninfo.az-a  açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki,Azərbaycan Dövlət Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifəsi ilə başlanır. 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq, gənc Cümhuriyyətin istiqlal ideologiyasını, millətinin mənəvi və mədəni dəyərlərini özündə birləşdirən əbədi rəmz oldu. Bu bayrağın rənglərində türklüyümüzün kökü, müasir düşüncəmizin istiqaməti, İslam mədəniyyətinə mənsubiyyətimiz birləşərək bütöv bir milli konsepsiya yaratdı. “Türkçülük, müasirlik, islamçılıq” ideyasının müəllifi Əli bəy Hüseynzadənin təfəkküründən doğan bu simvol, milli istiqlal ideologiyasının həm mənəvi dayağı, həm də dövlətçilik fəlsəfəsinin özəyinə çevrildi. Lakin tarixAzərbaycan xalqına asan yol vəd etmədi. 1920-ci ilinaprelində Cümhuriyyət süqut etdikdən sonra üçrənglibayrağımız da dövlət atributu kimi qadağan olundu. Ammabu bayraq xalqın yaddaşından, ürəyindən, inancından heçvaxt silinmədi. O, milli ruhun sönməz çırağı kimi yaşadı nəhayət, 1990-cı ildə yenidən tarix səhnəsinə qayıtdı. Bu Ulu Öndər Heydər Əliyevin Bayraqdar missiyası kimiNaxçıvandan başlanan dirçəliş kimi tarixə yazıldı. Azərbaycan Xalq Cümhuriyyətinin milli bayrağını dövlətatributu kimi ilk qaldıran məhz Ulu Öndər Heydər Əliyevoldu. 1990-cı il noyabrın 17-də Naxçıvan MuxtarRespublikası Ali Məclisinin sessiyasında o, üçrənglibayrağı dövlət rəmzi kimi təsdiq etməklə Azərbaycanınmüstəqillik yolunda dönüş nöqtəsini yaratdı: “Bu bayrağısessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”Bu tarixi qərar, sadəcə bir siyasi addım deyildi – o, xalqınmilli ruhunun oyanışını, dövlətçilik yaddaşının bərpasınısimvolizə etdi. Ulu Öndərin təşəbbüsü iləSovet Sosialistifadəsi Naxçıvanın adından çıxarıldı, milli bayraq isəmuxtar respublikanın rəsmi simvolu elan olundu. Qısamüddət sonra – 1991-ci ilin fevralında bu bayraq artıqbütün Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildi.

Millət vəkili onu da deyib ki, Azərbaycan Respublikası1991-ci il oktyabrın 18-də qəbul etdiyi Dövlət müstəqilliyihaqqında Konstitusiya Aktı ilə öz varisliyini rəsmi şəkildəelan etdi. Bununla da Azərbaycan Xalq CümhuriyyətininDövlət Bayrağı müstəqil Azərbaycanın da rəsmi bayrağıkimi təsbit olundu. Konstitusiyanın 23-cü maddəsi 2018-ci ildə qəbul edilənDövlət Bayrağının təsvirihaqqındaqanunla bayrağımızın forması, rəngləri, nisbəti simvolikası hüquqi baxımdan tənzimləndi. Mavimənsub olduğumuz türk kökünü, Qırmızımüasirdünyaya inteqrasiya inkişafı,
Yaşıl – İslam dəyərlərinə sadiqliyimizi ifadə edir. Bu üçrəng birləşərək Azərbaycan xalqının mənəvi bütövlüyünü, tarixi varisliyini müstəqil dövlətçiliyini əbədiləşdirir. UluÖndər Heydər Əliyev Azərbaycan bayrağının mahiyyətinibelə ifadə edirdi: “Kim Azərbaycanı sevirsə, kimAzərbaycanın müstəqil dövlət olmasını istəyirsə o, bubayraq altında birləşməlidir.” Bu fikirazərbaycançılıqideologiyasının əsas sütunlarından biridir. Bayraq millihəmrəyliyin, birlik vətəndaş məsuliyyətinin rəmzidir. Hərbir vətəndaşın dövlət rəmzinə hörməti Konstitusiya ilətəsbit olunmuş vətəndaşlıq borcudur. 2009-cu ildə cənabPrezident İlham Əliyevin Sərəncamı ilə 9 noyabrın DövlətBayrağı Günü kimi qeyd olunması bu rəmzə verilən alisiyasi mənəvi dəyərin ifadəsidir. Cənab Prezident İlhamƏliyevin bayraq fəlsəfəsi bu gün qürur, suverenlik, qələbəilə nəticələnib. Cənab Prezident İlham Əliyev üçün bayraqyalnız rəmz deyil, həm xalqın iradəsinin, dövlətinsuverenliyinin qalibiyyətin ifadəsidir. 2010-cu ildəDövlət Bayrağı Meydanının açılışında cənab Prezidentbelə demişdi: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. O, Şuşada, Xankəndidə dalğalanacaqdır!” Bu sözlər o zamangələcəyin böyük Zəfərinin siyasi anonsu idi. 2020-ci ildəMüzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızişğaldan azad ediləndə, həmin bayraq doğrudan da Şuşada, Xankəndidə, Laçında, Zəngilanda, Füzulidədalğalandı. Bu mənzərə dövlət rəmzimizin tarixi qisas milli qürur simvoluna çevrildiyini sübut etdi. BeləlikləBayrağımız qalibiyyətin, milli kimliyin sabaha inamınrəmzi çevrildi. Bu gün üçrəngli bayraq Azərbaycanınhər qarışında, hər evində, hər ürəkdə ucalır. O, bizimqələbəmizi, birliyimizi, dövlətçiliyimizi, sabaha inamımızıifadə edir. Ulu Öndərin dediyi kimi; Gərək hər bir evdəAzərbaycan Dövlətinin Bayrağı olsun. Bu bayraq hər birailənin həyatının əziz bir hissəsi olsun.” Bu çağırış bu günreallığa çevrilib. Bayrağımız işğaldan azad olunmuşşəhərlərdə, dövlət binalarında, beynəlxalq təşkilatlarınqarşısında, dünya zirvələrində dalğalanır. Dövlət Bayrağı Günü təkcə bayraq sevgisinin deyil, həm də dövlətə, müstəqilliyə, milli kimliyə sədaqətin təntənəsidir.

Üçrəngli Azərbaycan bayrağı təkcə bir parça deyil.  Bu, tariximizin qan yaddaşı, milli kimliyimizin ifadəsi, dövlətçiliyimizin dirənişidir. O, Ulu Öndərin ideyalarından doğan, cənab Prezident İlham Əliyevin siyasətində qələbə rəmzinə çevrilən milli müqəddəsliyin simvoludur. Bu bayraq yüksəkliklərdə əbədi dalğalanacaq, çünki bu bayrağı ucaldan xalq qalib xalqdır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.

Избранный
17
2
veteninfo.az

3Источники