RU

Hepatit C ni 30 dəqiqəyə müəyyən edən ilk ekspress test hazırlandı

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Rospotrebnadzor Elm Mərkəzinin alimləri hepatit C virusunu cəmi 25–30 dəqiqəyə müəyyən etməyə imkan verən dünyanın ilk ekspress-testini hazırlayıblar. 

Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.

Məlumata görə, yeni test pətləbənzər izotermik amplifikasiya (LAMP) texnologiyası əsasında yaradılıb. Bu metod diaqnostika prosesini əhəmiyyətli dərəcədə sürətləndirir və skrininq tədbirlərinin effektivliyini artırır.

Rospotrebnadzor nümayəndələri qeyd ediblər ki, virusun operativ aşkarlanması vaxtında müalicənin təyin edilməsi və epidemioloji tədbirlərin görülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə “Ölkənin sanitariya qalxanı sağlamlıq üçün təhlükəsizlik (qarşısının alınması, aşkarlanması, reaksiya)” adlı federal proqram çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, hepatit C əsasən qan vasitəsilə yoluxur və qaraciyərin ağır zədələnmələrinə, o cümlədən sirroz və xərçəngə səbəb ola bilər. Risk qrupuna immun sistemi zəif olan şəxslər daxildir.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
redaktor.az

2Источники