RU

Azərbaycanlı dostlarımızı meydanda və ondan kənarda həmişə dəstəkləməkdən məmnunuq - VIDEO

İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zel UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubuna qarşı matçda Azərbaycanın "Qarabağ" klubuna azarkeşlik etdiyini bildirib.

Missiya.Az-ın məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gecə Bakıda necə bir matç oldu! Möhtəşəm azarkeşlərlə birlikdə "Qarabağ" futbol klubuna azarkeşlik etdiyim üçün ("Çelsi"yə qarşı) qürur duyuram - bu, həqiqi sevinc və həqiqi fəxrdir. Azərbaycanlı dostlarımızı meydanda və ondan kənarda həmişə dəstəkləməkdən məmnunuq", - o yazıb.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

What a game tonight in Baku! ⚽️Proud to cheer for @FKQarabagh (vs. Chelsea) together with the amazing fans- real passion, real pride. We are Always happy to support our Azerbaijani friends - on and off the pitch… 🇮🇱🤝🇦🇿 #Qarabağ #Baku #Football pic.twitter.com/jAD5SiKdH2

— Aviv Zell 🇮🇱🎗️ (@AvivZell) November 6, 2025

Избранный
28
1
missiya.az

2Источники