RU

“Apple” “Siri” üçün “Google”a ildə 1 milyard dollar ödəyəcək

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Apple” şirkəti “Siri” səs köməkçisini süni intellektlə təkmilləşdirmək üçün “Google”la yeni müqavilə bağlamağa yaxındır.

Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu razılaşmaya əsasən, “Apple” “Google”un süni intellekt modelindən istifadə etmək üçün hər il təxminən 1 milyard dollar ödəyəcək.

Mənbələr bildirir ki, “Google”un 1,2 trilyon parametrə malik modeli “Siri”nin məlumatı ümumiləşdirmə və planlaşdırma kimi funksiyalarında istifadə olunacaq. “Apple” öz süni intellekt modelini tam hazır vəziyyətə gətirənə qədər bu sistemi müvəqqəti həll kimi tətbiq edəcək. Şirkətin öz modeli 2026-cı ildə istifadəyə veriləcək.

Yeni “Siri” versiyasının gələn ilin yazında təqdim olunacağı gözlənilir. “Apple” və “Google” bu məlumatla bağlı rəsmi açıqlama verməyiblər.

“Bloomberg” yazır ki, “Apple” əvvəlcə digər şirkətlərin – “OpenAI” və “Anthropic”in modellərini də sınaqdan keçirib, lakin sonda “Google”un modelini seçib. Xəbərin yayımlanmasından sonra “Apple” və “Alphabet”in (“Google”un ana şirkəti) səhmləri qısa müddətdə artıb.

Yeni sistem “Apple”ın öz “Şəxsi Bulud Hesablama” serverlərində işləyəcək və istifadəçi məlumatları “Google” infrastrukturundan ayrılacaq. Bu, “Siri”yə daha güclü və təhlükəsiz süni intellekt imkanları qazandıracaq.

“Apple” gələcəkdə “Gemini” sistemini öz həlli ilə əvəz etməyi planlaşdırır. Şirkət inanır ki, onun süni intellekt xidmətləri yaxın illərdə “Google”un modelləri ilə eyni səviyyəyə çatacaq.

Qeyd edək ki, “Google”un Gemini sistemi artıq bir sıra digər telefonlarda da istifadə olunur. Bu süni intellekt modeli hazırda “Google Pixel”, eləcə də “Samsung Galaxy” seriyasında aktivdir. Həmçinin “Xiaomi” və “Honor” kimi smartfonların da yeni modelləri də “Gemini”dən istifadə edir. Bu cihazlarda “Galaxy AI” və ya “Google AI” funksiyaları məhz həmin texnologiyaya əsaslanır.Murad Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
yeniavaz.com

2Источники