RU

Vardanyan daha bir separatçı addım atdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan daha bir separatçı addım atıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Belə ki, Vardanyan böyük oğlu David Vardanyanla telefon danışığı aparıb və ondan bu mesajı çatdırmasını istəyib:

"Artsax" (Qarabağ - red.) olub, indi də var və olacaq".

Qeyd edək ki, Bakıda həbsdə olan Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ağarza Elçinoğlu

Избранный
20
1
unikal.az

2Источники